Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Tumarxan oğlu Mövlanov 11 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanmasından sonra könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək müharibəyə yollanıb. O, 44 günlük müharibə ərzində Füzuli, Qubadlı, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib və noyabrın 6-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Vüqar Mövlanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!