Portuqaliyanın Albufeira şəhərində keçirilən kikboks üzrə dünya çempionatına yekun vurulub.

 

70 ölkədən 1400-ə yaxın idmançının mübarizə apardığı yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ramiz Məmmədov da iştirak edib.

 

R.Məmmədov kikboksun “Full contact” versiyasında 57kq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanıb.