Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Mehman Nəriman oğlu Qənbərov 27 may 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. 2015-ci ildə Türkiyənin Tuzla şəhərində keçirilən Kombatlıq kursunda iştirak edib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 30 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Mehman Qənbərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!!!