Qubada şəhid ailələrinə dəstəyə görə təşəkkürnamə təqdim edilib.
QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Quba RİHB-nın Zərdabi qəsəbə İƏD-üzrə nümayəndəsi Ramin Nəcəfova təşəkkürnamə təqdim edilib. Bu təşəkkürnamə Ramin Nəcəfovun doğma kəndin inkişafına, milli dəyərlərin qorunmasına və vətən sevgisinin gənc nəsillərə aşılanmasına verdiyi dəyərli töhfənin nümunəsi kimi təqdim olunub.
“Bu mükafat yalnız bir sənəd deyil, həm də qəsəbənin birliyi, həmrəyliyi və Vətənə bağlılığının rəmzidir. Hər bir vətəndaşımızın bu amal uğrunda səyləri hörmət və ehtiramla yad olunur”, – deyə “Vətən Naminə” İB-nin sədri Tünzalə Abduləlimova bildirib.
O əlavə edib ki, şəhid ailələrinə kimsə dəstək göstərirsə, bunun dəyəri verilməli və təşəkkür olunmalıdır.
Pərvanə Fərhadqızı






