“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Məhəmmədov Musa Bəhrəm oğlunun 5-ci ildönümü münasibətilə anım tədbiri keçirib.
QHT.az xəbər verir ki, tədbirdə şəhidin xatirəsi ehtiramla yad olunub, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq haqqında danışılıb. Tədbirdə həmçinin şəhid ailələrinə dəstəyin önəmi və onların cəmiyyət içində daim diqqət mərkəzində saxlanılması vurğulanıb.
“Şəhidlərimizin xatirəsi bizlər üçün ən böyük örnəkdir. Onların ailələrinə göstərilən diqqət və dəstək hər birimizin vəzifəsidir”, – deyə “Vətən Naminə” İB-nin sədri Tünzalə Abduləlimova qeyd edib.
Pərvanə Fərhadqızı






