Müxtəlif ölkələrdən olan istifadəçilər problem barədə məlumat verməyə başlayıblar.

QHT.az xəbər verir ki, son bir neçə gün ərzində bir çox PlayStation istifadəçiləri heç bir qaydaları pozmasalar da, izahat və ya xəbərdarlıq olmadan hesablarının kütləvi şəkildə bloklanması ilə üzləşiblər. 

Əvvəlcə hesabların bloklanması PlayStation oyunçularının yalnız kiçik bir hissəsinə təsir etdisə, zaman keçdikcə müxtəlif bölgələrdəki bir çox istifadəçi problem barədə məlumat verməyə başladı: məsələn, ABŞ, Avropa və Avstraliyadan hesabatlar var. 

Bir çox istifadəçi şokdadır, çünki onlar rəqəmsal PlayStation oyunlarına çoxlu pul xərcləmişlər və indi onlara həmişəlik girişi itirmiş ola bilərlər. Xəbərdarlıqda açıq şəkildə bildirilir ki, “bu hesab PlayStation Network-də həmişəlik qadağan edilib, Siz apellyasiya şikayəti verə və ya balansınızdan pul çıxara bilməzsiniz”.

İddiaya görə, daha güclü aparat  PS5 Pro üzərində işləyirlər. Buraxılış böyük ehtimalla 2024-cü ilin noyabrında olacaq.

 

Pərvanə Fərhadqızı