“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 05 fevral  2024-cü il tarixində  Maştağa qəsəbəsi  Ə.Vahid  adına  293 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbirini  keçirib.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrasına  01 dekabr 2023-cü ildən başlayaraq  Sabunçu rayonu  Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9  tam orta məktəbin  kontinqenti sirasından  könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar.

05 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi  Ə.Vahid adına 293 № li tam orta məktəbin kitabxanasında, layihənin növbəti  təqbiri keçirilmişdir. Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə  olan dərin ehtiramını əks etdirən esse yazılarına  keçirilmiş baxışın nəticələri müzakirə olunmuşdur. 

Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım”  layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına  layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdi. Sonra məzmun baxımından daha əhatəli olan  esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.  Şagirdlər - Ayan, Ruqiyyə, Aylin, Zəhra, Leyla esse yazılarından parçalar oxudulur.Tədbir iştirakçıları tərəfindən şagirdlərin inşa yazıları  maraqla dinlənildi və dəfələrlə alqışlandı.

Layihə rəhbəri N.Nəcəfov esse yazılarını baxışa təqdim edən  7 - ci sinif şagirdləri  Quliyeva A.,Əzizli R.,Aliyeva A., Nəcəf-zadə L,Əliyeva Z.,   təşəkkürünü birdirdi və onlara təhsildə müvəffəqiyyətlər arzuladı. Sonra şagirdlərə Sertifikat və loqolu Hədiyyə dəstləri təqdim olundu.  Ələsgərli A.,Bədəlova  K. ,Daşdəmirov N, şagirdlərin hər birinə,  layihə çərçivəsində, “Oriqami təşkilatı tərəfindən hazırlanmış  hədiyyələrin təqdim olunmasında iştirak etdilər.

Tədbirdə  Ə.Vahid adına 293 № li tam orta məktəbin  direktorun T/t işləri üzrə müavini A. Ələsgərli,fənn müəllimləri  Daşdəmirov N., UBTR  Bədəlova K., kitabxana işçisi Babayeva F. iştirak edirdilər.

 Layihə rəhbəri N.Nəcəfov Ə.Vahid  adına 293 № li tam orta məktəbdə   “ Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin  icra olunması üçün  yaradılan  şəraitə görə məktəbə   çərçivəli Təşəkkürnamə təqdim etdi.