“Bakı qərar verir: Gənclərin I İqlim Danışıqları” forumunda “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsinin təşəbbüsü ilə məktəblilər ətraf mühitin qorunması istiqamətində hazırladıqları layihəni nümayiş etdiriblər.
QHT.az xəbər verir ki, Azərbaycan, BMT agentlikləri və xarici dövlətlərin rəsmi nümayəndələri layihəni müsbət ekoloji təsirinə görə yüksək qiymətləndiriblər. 23 nömrəli məktəbin məzunları tərəfindən hazırlanmış bu layihə Masazır gölünün ətrafındakı çirklənmənin innovativ təmizləyici üsullarla həllinə yönəlmişdir.
Tədbirdə MUP layihəsinin eksperti Rövşən Abbasov iqlim dəyişikliyinin su sektoruna təsirləri ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda, BMT İnkişaf Proqramının MUP layihəsinin köməkçisi Cəvahir Muradova Milli Adaptasiya Planının hazırlanmasında və su, kənd təsərrüfatı və sahilyanı ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşmanın təkmilləşdirilməsində Azərbaycan hökumətinə göstərdiyimiz dəstəyi vurğuladı. Azərbaycan nümayəndə heyətinin üzvü kimi forumda çıxış edən Cəvahir Muradova “Bakı Qərar verir” Gənclər Bəyanatının yaradılması səylərinə öz töhfəsini verib.
Pərvanə Fərhadqızı












