Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində "Elmi Müzakirələr Klubu"nun növbəti elmi müzakirəsi keçiriləcək.

QHT.az xəbər verir ki, qonaq "Azərbaycan Mərkəzi Bankının valyuta rezervlərinə təsir edən makroiqtisadi faktorların yaşıl iqtisadiyyat vasitəsilə tənzimlənməsi və risklərin idarə olunması" mövzusunda elmi müzakirə ilə "2022-2026 Dövlət Proqramı" çərçivəsində İstanbul Universitetində doktorantura təhsili alan Kamran Sərdarlı olacaqdır.

Görüş 8 fevral tarixində saat 12:00-da baş tutacaq və BMDM-in facebook səhifəsi üzərindən canlı yayımlanacaq.