Nigeriya qadın sağlamlığı sahəsində Afrikanın prioritetlərini ön plana çıxarmaq məqsədilə 2026-cı ilin dekabrında Abucada Qadın Sağlamlığı Afrika Sammiti keçirəcək. Tədbir Nigeriya hökuməti və Devex-in tərəfdaşlığı ilə təşkil olunacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, sammitin təqdimatı Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Nigeriya Prezidenti Bola Əhməd Tinubunun qadın sağlamlığı məsələləri üzrə baş xüsusi müşaviri Adanna Ştaynaker bildirib ki, Afrika qadınlarının sayı sürətlə artır, lakin onlar səhiyyə xidmətlərinə çıxış, maliyyələşmə, tədqiqat və davamlı tibbi xidmətlər sahəsində ciddi çətinliklərlə üzləşirlər.
Nigeriya hesab edir ki, qadın sağlamlığı ilə bağlı qərarlar və prioritetlər Afrika ölkələrinin özləri tərəfindən müəyyənləşdirilməlidir. Dekabr sammitinin məqsədi qitə ölkələri arasında əməkdaşlığı gücləndirmək və qadın sağlamlığı sahəsində ortaq fəaliyyət planı formalaşdırmaqdır.






