Azərbaycanlı qadın sahibkarlar Almaniyada təcrübə mübadiləsi səfərində iştirak edib.  Bu barədə Qaraman İcma Mərkəzinin təsisçisi Gülqədəm Mirzəzadə məlumat verib.


O, QHT.AZ a bildirib ki, Resource HUB-ın təşkilatçılığı ilə baş tutan səfərin əsas məqsədi icmaəsaslı təşəbbüslərin gücləndirilməsi, qadın sahibkarlığının inkişafı, Almaniyada qadın sahibkarlığı modellərinin öyrənilməsi və Azərbaycan ilə Almaniya arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.


Səfər çərçivəsində iştirakçılar Almaniyanın müxtəlif dövlət qurumları, akademik institutları, biznes və sahibkarlıq mərkəzləri ilə görüşlər keçirib. Görüşlərdə qadınların iqtisadi güclənməsi, qadın sahibkarlığı ekosistemi, icmaəsaslı inkişaf, həssas qrupların əmək bazarına çıxışı və təsiryönümlü sahibkarlıq modelləri müzakirə olunub.