Netlist və Samsung Electronics beşillik əməkdaşlıq sazişi imzalayaraq uzun illər davam edən patent mübahisələrinə son qoyublar.

QHT.az xarici mediaya istinadən bildirir ki, sazişə əsasən, Samsung Netlist-in yaddaş çipləri ilə bağlı patentlərindən istifadə edəcək, Netlist isə Samsung-dan DRAM və NAND yaddaş məhsulları alacaq. Bundan başqa, Samsung Netlist-in 10 milyon səhmini satın alacaq.

Tərəflər bütün davam edən məhkəmə çəkişmələrini dayandırmağa və qarşılıqlı iddialardan imtina etməyə razılaşıblar.

Qeyd edək ki, bu razılaşma ABŞ-də Netlist-in şikayəti əsasında Samsung-un yaddaş çipləri ilə bağlı başladılan araşdırmadan sonra əldə olunub. 2023 və 2024-cü illərdə Texas məhkəmələri patent pozuntusuna görə Samsung-u ümumilikdə 421 milyon dollar təzminat ödəməyə məhkum etmişdi.