Londonda keçirilən İqlim Həftəsi çərçivəsində 1300-dən çox tədbir təşkil olunub. Tədbirlərdə COP30 və COP31 rəhbərləri, BMT nümayəndələri, hökumət rəsmiləri, maliyyə institutlarının rəhbərləri və iqlim sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər bir araya gəliblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, iqlim gündəliyinin əsas simaları arasında COP30-un prezidenti Andre Korrêa do Lago, COP30-un baş icraçı direktoru Ana Toni, COP31-in təyin olunmuş prezidenti Murat Kurum, BMT-nin Baş katibi Antonio Quterreş, Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiyalar üzrə dövlət katibi Ed Miliband, Barbadosun Baş naziri Mia Mottli və Palau Prezidenti Surangel Whipps Jr. yer alıblar.

Devex Impact House platformasında isə Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi Rachel Kyte, İtki və Zərərin Aradan Qaldırılması Fondunun icraçı direktoru İbrahim Çeyx Dionq, BMT Baş katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart, Climate Investment Funds-un baş icraçı direktoru Tariye Gbadegesin və Afrika İnkişaf Bankının vitse-prezidenti Kevin Kariuki çıxış ediblər.

Tədbirlər zamanı əsas müzakirə mövzusu qlobal iqlim tədbirlərinin real nəticələr verib-vermədiyi, maliyyələşdirmə mexanizmləri və iqlim böhranına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub.

Piranə Xasiyeva