ABŞ-nin Cənubi Afrikada Prezidentin QİÇS-lə Mübarizə üzrə Təcili Yardım Planı çərçivəsində maliyyə dəstəyini mərhələli şəkildə dayandırmaq qərarı ölkədə çalışan tədqiqatçılar və səhiyyə müdafiəçiləri üçün gözlənilməz olmayıb.
Vaşinqton 2025-ci ildən etibarən PEPFAR maliyyəsini azaltmağa başlamışdı. Mütəxəssislər xəbərdarlıq edirdilər ki, bu dəstəyin plansız şəkildə dayandırılması dünyanın ən böyük HİV epidemiyasına malik Cənubi Afrikada son onillikdə əldə olunan nailiyyətləri təhlükə altına qoya bilər.
Desmond Tutu HİV Mərkəzinin direktoru Linda-Gail Bekker Devex-ə açıqlamasında bildirib: “Dəstəyin qəfil dayandırılması çox ağırdır, amma mənim üçün bunun baş verəcəyi artıq əvvəlcədən bəlli idi.”
Ekspertlər hesab edirlər ki, ABŞ maliyyəsinin geri çəkilməsi Cənubi Afrikanın HİV-lə mübarizə proqramlarında ciddi boşluqlar yarada və ölkənin epidemiya ilə mübarizəsini geriyə apara bilər.
Piranə Xasiyeva






