Londonda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ərzaq sistemləri, onların dayanıqlılığı, riskləri və transformasiyası mövzuları xüsusi diqqət mərkəzində olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədbirdə iştirak edən ekspertlər bildirib ki, artan temperatur, daşqınlar və tayfunlar kənd təsərrüfatı məhsullarını risk altına qoyduğu bir vaxtda ərzaq sistemləri və fermerlər daha çox diqqət və maliyyə dəstəyi almalıdır.

Müzakirələr Almaniyanın Bonn şəhərində keçirilən və gözləntiləri doğrultmayan BMT-nin ilin ortası iqlim konfransından sonra baş tutub. Konfrans iştirakçıları ərzaq və kənd təsərrüfatı məsələlərinin COP31 öncəsi danışıqlara inteqrasiyası istiqamətində kifayət qədər irəliləyiş əldə olunmadığını qeyd ediblər.

Bu həftə həmçinin Devex Impact House platformasında maliyyəçilər, siyasətçilər və innovatorlar iqlim böhranı ilə mübarizədə ambisiyalarla real fəaliyyət arasındakı fərqin aradan qaldırılması yollarını müzakirə etmək üçün bir araya gələcəklər.

Piranə Xasiyeva