Avropa İttifaqı Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin gücləndirilməsi məqsədilə yeni dəstək proqramına start verib. Təşəbbüs QHT-lərin institusional potensialının artırılması, vətəndaş iştirakçılığının təşviqi və demokratik proseslərə töhfənin gücləndirilməsini hədəfləyir.

QHT.az xarici mediaya istinadən bildirir ki, proqram çərçivəsində yerli təşkilatlara təlimlər, texniki dəstək və maliyyə imkanları təqdim ediləcək. Layihənin əsas məqsədi vətəndaş cəmiyyətinin dayanıqlığını artırmaq və ictimai nəzarət mexanizmlərini gücləndirməkdir.

Aİ nümayəndələri bildiriblər ki, güclü və müstəqil vətəndaş cəmiyyəti demokratik inkişafın vacib elementlərindən biridir. Bu səbəbdən təşkilatlarla əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır.

Piranə Xasiyeva