"Leyla Əliyevanın fəaliyyəti, xüsusilə vətəndaş cəmiyyətinin inkişafı baxımından diqqətəlayiqdir. Onun dəstəyi ilə həyata keçirilən sosial və humanitar layihələr aztəminatlı ailələrin, uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib".

Bu sözləri “Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə İsrafil qızı Həsənova QHT.az-a açıqlamasında bildirib.

O bildirib ki, bu təşəbbüslər cəmiyyətdə xeyriyyəçilik ənənələrinin inkişafına, sosial həmrəyliyin möhkəmlənməsinə və vətəndaş məsuliyyətinin artmasına müsbət təsir göstərib. Eyni zamanda, gənclərin ictimai fəallığa cəlb olunması, könüllülük hərəkatının təşviqi və sosial layihələrdə iştirak imkanlarının genişləndirilməsi vətəndaş cəmiyyətinin inkişafına əlavə stimul verib.

Müsahibin sözlərinə görə, onun ekoloji fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi sahəsində ictimai maarifləndirmənin gücləndirilməsidir. Müxtəlif ekoloji kampaniyalar, ağacəkmə aksiyaları, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması ilə bağlı layihələr əhalidə ekoloji məsuliyyət hissinin formalaşmasına kömək edib. Bu təşəbbüslər nəticəsində, xüsusilə gənc nəsildə təbiətə qayğı, ekoloji davranış və dayanıqlı inkişaf prinsiplərinə maraq daha da artıb.

İradə Həsənova qeyd edib ki, ekoloji problemlərin qlobal xarakter daşıdığı müasir dövrdə cəmiyyətin bu məsələlərə həssas münasibətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ətraf mühitin qorunmasının yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyəti olduğunu ictimaiyyətə çatdırmağa xidmət edib. Bu isə ölkədə ekoloji mədəniyyətin yüksəlməsinə və təbiətin mühafizəsinə ictimai dəstəyin güclənməsinə şərait yaradıb.

Həmçinin o vurğulayıb ki, mədəniyyət sahəsində həyata keçirilən layihələr də Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib. Milli dəyərlərin təbliği, mədəni irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər ölkənin müsbət beynəlxalq imicinin formalaşmasına dəstək göstərib.

Son olaraq İradə Həsənova qeyd edib ki, bütün bunları nəzərə alaraq demək olar ki, Leyla Əliyevanın sosial, humanitar, ekoloji və mədəniyyət sahələrində həyata keçirdiyi təşəbbüslər cəmiyyətin inkişafına, sosial həmrəyliyin möhkəmlənməsinə, ekoloji şüurun yüksəlməsinə və vətəndaş fəallığının artmasına mühüm töhfələr verib. Bu fəaliyyətlər Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq daha sağlam, məsuliyyətli və fəal cəmiyyətin formalaşmasına xidmət edən mühüm təşəbbüslər kimi qiymətləndirilə bilər.

Piranə Xasiyeva