BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forum (HLPF 2026) çərçivəsində dünyanın müxtəlif ölkələrindən yüzlərlə qeyri-hökumət təşkilatı dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün hökumətlərlə əməkdaşlığın gücləndirilməsinə çağırış edib.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, forumun yekun müzakirələrində vətəndaş cəmiyyəti nümayəndələri yoxsulluğun azaldılması, gender bərabərliyi, iqlim dəyişiklikləri ilə mübarizə və sosial müdafiənin gücləndirilməsi istiqamətində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıblar. Onlar qərarların qəbulunda yerli icmaların və qeyri-hökumət təşkilatlarının daha fəal iştirakının təmin edilməsini təklif ediblər.
Forum iştirakçıları bildiriblər ki, Dayanıqlı İnkişaf Məqsədlərinə 2030-cu ilədək nail olunması üçün dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır.












