Meta şirkəti yeniyetmələrin sosial mediada təhlükəsizliyini artırmaq məqsədilə Instagram, Facebook və Messenger platformalarında yeni məhdudiyyətləri genişləndirdiyini açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni qaydalara əsasən, 18 yaşdan kiçik istifadəçilər naməlum şəxslərdən gələn mesajlarla bağlı daha sərt məhdudiyyətlərlə qarşılaşacaq, həssas məzmunun göstərilməsi avtomatik olaraq məhdudlaşdırılacaq və valideyn nəzarəti üçün əlavə alətlər təqdim ediləcək.
Şirkət bildirir ki, bu addımlar xüsusilə kibertəzyiq (cyberbullying), onlayn istismar və zərərli məzmunun yayılmasının qarşısını almaq məqsədi daşıyır. Ekspertlər isə hesab edirlər ki, texnoloji tədbirlərlə yanaşı, uşaqların və valideynlərin rəqəmsal savadlılığının artırılması da vacibdir.
Piranə Xasiyeva












