Çin alimləri dronların havada lazer vasitəsilə simsiz enerji ilə doldurulmasına imkan verən yeni sistem hazırlayıblar. Tədqiqatçılar lazer enerjisini elektrik enerjisinə çevirən yüngül qəbuledici hazırlayıb və sistemdə yaranan yüksək istiliyi azaltmaq üçün xüsusi nanomateriallardan istifadə ediblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni sistem sınaqlarda lazer enerjisinin elektrik enerjisinə çevrilməsində 38,49% səmərəlilik göstərib. Bu göstərici texnologiyanın gələcəkdə dronların daha uzun müddət havada qalmasına imkan verə biləcəyini göstərir.
Alimlər hesab edirlər ki, texnologiya inkişaf etdirilərsə, dronların tez-tez yerə enərək batareya dəyişdirməsinə və ya doldurulmasına ehtiyac azala bilər. Lakin sistemin real açıq hava şəraitində istifadəsi üçün hələ təhlükəsizlik, lazerin dəqiq izlənməsi və enerji ötürülməsi kimi məsələlər həll edilməlidir.
Piranə Xasiyeva






