Cəmi 20 dəqiqəlik beyin stimulyasiyası narahatlığı azalda bilər
ABŞ-nin Emori Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada beynin qeyri-invaziv şəkildə stimullaşdırılmasının insanlarda mükafat hissi ilə əlaqəli beyin fəaliyyətini gücləndirə və narahatlıq səviyyəsini azalda biləcəyi müəyyən edilib. 

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat zamanı iştirakçılara 20 dəqiqəlik beyin stimulyasiyası tətbiq edilib və proses diqqətli nəfəsalma məşqi ilə birləşdirilib. Alimlər müdaxilədən sonra beyində mükafatla əlaqəli fəaliyyətin dəyişdiyini müşahidə ediblər. Ən maraqlısı isə bu dəyişikliklərin təxminən bir həftə ərzində müşahidə olunmasıdır. 

Tədqiqatçılar hesab edirlər ki, nəticələr gələcəkdə narahatlıq və digər psixi sağlamlıq problemlərinin müalicəsi üçün yeni, dərmansız yanaşmaların hazırlanmasına kömək edə bilər. Bununla belə, araşdırmanın nəticələri ilkin xarakter daşıyır və metodun effektivliyini təsdiqləmək üçün daha geniş tədqiqatlara ehtiyac var. 

Piranə Xasiyeva