Human Rights Watch Əfqanıstanda altı QHT əməkdaşının Taliban tərəfindən saxlanılmasına görə narahatlığını bildirib. Təşkilatın məlumatına görə, saxlanılan əməkdaşlar qadın və uşaqların hüquqları sahəsində fəaliyyət göstərən Women and Children Legal Research Foundation təşkilatında çalışır.
QHT.az xarici mediaya istinadən bildirir ki, HRW əməkdaşların iyul ayında saxlanıldığını və onların vəziyyəti və harada olduqları barədə ailələrinə və təşkilata kifayət qədər məlumat verilmədiyini bildirib. Təşkilat onların dərhal azad edilməsinə çağırıb.
HRW həmçinin qeyd edib ki, QHT əməkdaşlarının saxlanılması Əfqanıstanda humanitar yardım fəaliyyətini çətinləşdirə və onsuz da ciddi ehtiyac içində olan əhalinin yardıma çıxışına mənfi təsir göstərə bilər.
Piranə Xasiyeva






