Vətəndaş cəmiyyəti təşkilatları üçün Layihələrin idarəedilməsi üzrə Proqrama başlanılıb.
QHT.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən təlimdə Bakı, Bərdə, Biləsuvar, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən 22 vətəndaş cəmiyyəti təşkilatını təmsil edən 30-a yaxın nümayəndə iştirak edib. 8 saatlıq təlim zamanı iştirakçılar inkişaf sektoru üzrə aparılan layihələrdə resurs və büdcənin idarəsi, monitorinq və qiymətləndirmə, kommunikasiya, habelə layihələrin düzgün planlaşdırılması və icrası üçün digər təməl iş istiqamətləri barədə bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, proqram təşkilatlarla fərdi mentorluq görüşləri aparılmaqla sentyabrın sonuna qədər davam edəcək.
Pərvanə Fərhadqızı












