Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə sentyabrın 5-də İnstitut kollektivi ilə görüş keçirib.

QHT.az xəbər verir ki, görüşdə 2023-cü ilin 3 rübü ərzində İnstitutda görülmüş işlər barədə ümumi məlumat verilib, həmçinin ilin son rübü üçün qarşıda duran hədəf və vəzifələr müzakirə olunub.

Sonda İdarə Heyətinin sədri İnstitutun 3 əməkdaşını 60 illik Yubileyləri münasibətilə təbrik edib. Səmimi keçən görüşdə hər 3 əməkdaş – Gülşən Ələsgərova, Fərasət Qurbanov və İlqar Xəlilov İnstitutun ictimai həyatında və səmərəli fəaliyyətində yaxından iştirak etdiklərinə görə mükafat və “Təşəkkürnamə” ilə təltif olunublar.

Təbrik edirik!

 

Pərvanə Fərhadqızı