Ukraynanın keçmiş Təhsil və Elm nazirinin birinci müavini Yevhen Kudriavets ölkəsi üçün 1,4 milyard dollardan çox xarici maliyyənin cəlb edilməsində iştirak edib. O, avqust ayında üç il yarım dövlət vəzifəsində çalışdıqdan sonra vəzifəsindən ayrılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Beynəlxalq Təhsil Maliyyələşdirmə Mexanizmi (IFFEd) Kudriavetsi strateji tərəfdaşlıqlar və əlaqələr üzrə direktor təyin edib. O, yeni vəzifəsində xüsusilə aşağı orta gəlirli ölkələrdə təhsilə investisiyaların artırılmasına və qlobal maliyyə çatışmazlığının aradan qaldırılmasına çalışacaq.
Kudriavets açıqlamasında hazırda “dinləmə rejimində” olduğunu, yeni vəzifəsinin ilk mərhələsində tərəfdaşların fikirlərini öyrəndiyini bildirib.












