Dünyanın ən səxavətli donorları sırasında yer alan Şimali Avropa ölkələri ötən il xarici yardıma 15,5 milyard dollar vəsait ayırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Norveç, İsveç və Danimarka ümumi milli gəlirlərinin müvafiq olaraq 1,03 faiz, 0,79 faiz və 0,72 faizini xarici yardıma yönəldib. Finlandiyada bu göstərici 0,44 faiz, İslandiyada isə 0,34 faiz olub.
Şimali Avropa ölkələrinin göstəriciləri OECD İnkişaf Yardımı Komitəsinə daxil olan donorların ötənilki 0,26 faizlik orta göstəricisindən yüksəkdir.
Araşdırmada 15,5 milyard dollarlıq yardımın hansı ölkə, region və sahələrə yönəldiyi, eləcə də Şimali Avropa donorlarının əsas prioritetləri təhlil olunur.












