"Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilmişdir".

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək? Devalvasiya riski tam aradan qalxıbmı?

Vüqar Bayramov bildirib ki, milli valyutanın məzənnəsinə ən çox təsir göstərən əsas amil ölkəyə daxil olan valyutanın həcmidir. O, neftin dünya bazar qiymətinin Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən əsas amil olaraq qaldığını vurğulayıb: Neftin yüksək qiyməti və qeyri-neft ixracatındakı artım Azərbaycanın xarici ticarət balansına müsbət təsir göstərib.

“Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır. Yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb.

2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb”.

V.Bayramovun sözlərinə görə, Mərkəzi Bank dollara tələbin azalması fonunda valyuta ehtiyatlarını artırıb. O bildirib ki, 2026-cı ilin ilk 9 ayında ehtiyatların həcmi 3.8 milyard dollar yüksəlib: Mərkəzi Bankın valyuta ehtiyatları 15.3 milyard dollara çatıb.

“Digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb”.

Deputat vurğulayıb ki, mövcud göstəricilər valyuta bazarında tarazlığın qorunmasına şərait yaradır. Bununla yanaşı, orta və uzunmüddətli perspektivdə manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi əsas amillərdən biri olaraq qalacaq: Manatın gələcək məzənnəsi Mərkəzi Bankın mövqeyindən birbaşa asılı olacaq.

“Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.