İsraildə HƏMAS-ın hücumları nəticəsində Azərbaycanın bir vətəndaşı həlak olub.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, həlak olanlar arasında Azərbaycanda doğulmuş yəhudi əsilli şəxs də var.

 

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

 

***

 

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

 

XİN-dən bildirilib ki, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.

 

O, dünən Kıryat Yamda dəfn edilib.

 

Digər üç nəfər - Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.