Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Elm və Təhsil Nazirliyinin yeni təyin edilmiş Aparat rəhbəri Mətin Kərimli ilə görüşdə iştirak edib.

QHT.az xəbər verir ki, görüşdə Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Nazirliyin əməkdaşları Səbuhi Rzazadə, Leyla Xəlilova, Cəsarət Valehov və s. iştirak edib.

“Baxmayaraq ki, yeni tərkibdə fəaliyyətimizin bitməsinə yarım ildən bir neçə gün qalıb, amma Şura fəaliyyət planına bir neçə yeni istiqamət əlavə etdi. Xüsusi ilə strateji və konseptual mövzularda müzakirəmiz aparıldı. Daha effektli əməkdaşlıq üçün aylıq koordinasiya görüşlərimizin keçirilməsi qərarı verildi”. – bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Safarova bildirib.

Məlumat üçün bildirək ki, Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

Dəyərli Mətin Kərimliyə yeni işində uğurlar və güc arzu edirik.

 

Pərvanə Fərhadqızı