Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları təşkil edir.
 
Şəmkirdə keçirilən konfransda iştiak edən Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov tədbir haqqında təəssuratlarını QHT.az-a danışıb:
 
"Konfrans ictimai şuralarla icra hakimiyyətləri arasında əməkdaşlığın gücləndirilməsində müəyyən qədər rol oynayacaq. Regionlarda konfransların keçirilməsi onu gösərir ki, ictimai şuraların fəaliyyətinin gücləndirilməsində hökumət maraqlıdılr. İctimai Şuralar bu imkandan yararlanaraq ictimai iştirakçılığın şəffaflığının qorunması sahəsində və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyyələrlə çıxış edə bilərlər.
 
İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu cür tədbirlərinin təşkili ümid edirəm müsbət nəticlərin əldə olunmasına təkan verəcək.
 
Hesab edirəm ki, konfransdan sonra regionda açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, rayonlarda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yarana bilər."