“İçərişəhər” metrosunda dönmə tunelinin tikintisi abidələrə təsir göstərə bilər”.
QHT.az EDnews-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı statusda yazıb.
Hüquqşünas bildirib ki, metro tikintisi çərçivəsində artıq icrasına başlanılan işlərdən biri “İçərişəhər” metrosunda yeni dönmə tunelinin inşasıdır.
“Bu, olduqca vacib bir işdir. Dönmə tunelinin olmaması qatarların hərəkət intensivliyini əhəmiyyətli dərəcədə azaldır və xüsusən pik saatlarında problem yaradır”, – deyə Sahib Məmmədov qeyd edib.
O, dönmə tunelinin 1967-ci ildən bu yana niyə tikilmədiyinə də fikir bildirib:
“Amma burada bir məsələ var. Niyə 1967-ci ildən bu yana uzunluğu bir neçə yüz metr olan bu dönmə tuneli tikilməyib? 1961-ci ildən 1986-cı ilədək ‘Bakı Tunel Tikintisi İdarəsi’nə rəhbərlik etmiş, görkəmli dövlət xadimi və tikinti sahəsinin nəhənglərindən olan mərhum Əlövsət Əbdülrəhimov üçün bu, xırda bir iş idi. SSRİ Nəqliyyat Tikintisi Nazirliyi sistemində yüksək nüfuza malik olan bu şəxs bu məsələni bir neçə aya həll edərdi”.
Sahib Məmmədovun sözlərinə görə, problemin əsas səbəbi “Sahil” (“26-lar”) – “İçərişəhər” (“Baksovet”) xəttinin ilkin mərhələdə düzgün layihələndirilməməsi ilə bağlı olub.
O bildirib ki, dərin özül tuneli və stansiyası inşa edildikdən sonra tikinti və sonrakı istismar prosesinin İçərişəhər abidələrinə, xüsusən də Qala divarlarının davamlılığına mənfi təsir göstərdiyi məlum olub.
“Qazıntının yaratdığı dağ-mədən təzyiqi, eləcə də istismar zamanı qatarların hərəkətinin yaratdığı zəif rezonans (titrəyiş) zaman-zaman abidələrə və xüsusən Qala divarına mənfi təsir edir. Mənə məlum olan budur ki, məhz bu səbəbdən dönmə tunelini tikib vəziyyəti daha da pisləşdirmək istəmədilər”, – deyə hüquqşünas vurğulayıb.
O qeyd edib ki, hazırda vacib hesab olunan, lakin İçərişəhər abidələrinə və Qala divarlarına əlavə mənfi təsir yaratmaq ehtimalı olan dönmə tunelinin tikintisinə qərar verilib.
“Qeyd oluna bilər ki, əlavə tədbirlər görüləcək və daha müasir texnologiyalardan istifadə olunacaq. Amma qısa məsafədə hansı müasir avadanlıqdan istifadə oluna biləcəyini bilmirəm. Hər halda, məndən demək”, – deyə Sahib Məmmədov yazıb.
Hüquqşünas əlavə edib ki, dönmə tunelinin tikintisi üçün əlavə şaxta da açılıb:
“Yəqin ki, çalışacaqlar ki, tikinti zamanı maksimum dərəcədə az təsir olsun. Amma digər platformadan hərəkət, şəksiz ki, titrəyişin Qala divarına təsirini artıracaq”.
Yazıda bəhs edilən qrumların mövqelərini dərc etməyə hazırıq.