Həştərxanda evin qismən uçması nəticəsində 84 yaşlı qadın ölüb. Artıq onun meyiti dağıntılar altından tapılıb.
QHT.az xəbər verir ki, ilkin məlumata görə, təqaüdçü beşinci mərtəbədəki mənzildə yaşayırmış. Xatırladaq ki, bu gün axşam saatlarında Həştərxanda Vağzal meydanında beşmərtəbəli yaşayış binasının iki girişi uçub. Hazırda xilasedicilər dağıntıları təmizləyir, fövqəladə hadisə yerinə operativ qərargah yerləşdirilib. Beşmərtəbəli binadan 200-dən çox insan təxliyə edilib.
İlkin məlumata görə, çökməyə səbəb dayaq konstruksiyalarının bütövlüyünün pozulması olub.
Pərvanə Fərhadqızı












