Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli insanların mənəvi və əxlaqi seçimləri, xarakterin formalaşması və fərdin cəmiyyətdəki mövqeyi haqqında fəlsəfi-mənəvi düşüncələrini açıqlayıb.

QHT.az həmin yazını təqdim edir:

"Söhbət intellektual kəsimdən gedir. Hər kəs öz xarakterinə uyğun ömür sürür. Kimlərsə düşdüyü situasiyalardan, cəmiyyətdəki ziddiyyətlərdən, formalaşmış harmoniyadan  asılı olmayaraq mənəvi təkamül yolunu seçir və bu yola sadiq qalır. Kimlərsə ruhunu şeytana satmağa, öz şəxsi mənafeyi naminə hər yola getməyə hazırdır. 

Millətə, dövlətə ləyaqətlə xidmət edən, cəmiyyət və ümumilikdə insanlıq üçün faydalı insanlara hər zaman rəğbətim olub. Amma şəxsi mənafeyi naminə məddahlıq edən şəxsləri qəbul etmək çətindir.

Sovet ədəbiyyatşünaslığındakı kimi insanları mənfi və müsbət  obrazlara bölmək istəməzdim. Qənaətimcə, hər kəs öz xarakterinə uyğun ömür sürür. Xarakterin formalaşmasında genetik faktorun, ailə mühitinin, məktəbin, cəmiyyətin, mürəkkəb həyat şəraitinin, üzləşdiyi problemlərin və s. rolu var".