23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək.

QHT.az xəbər verir ki, keçiriləcək konfransda dövlət qurumlarının və tibb mütəxəssislərinin iştirakı ilə evdə müalicənin tətbiqi, həyati vacib dərman preparatlarının əlçatanlığı və müalicənin standartlara uyğun təmin edilməsi müzakirə olunacaq.

​Layihənin əsas məqsədi hemofiliya xəstəliyinin ev şəraitində müalicə və profilaktika modelini təşviq etmək, bununla da uşaqların fiziki məhdudiyyət və əlilliyin qarşısını almaqla sağlam böyümələrinə nail olmaqdır.