Ondan radiasiya Yerə düşəcək. Məlumata görə, alışma iyunun 20-də Günəşin aktiv bölgəsində baş verib. Hadisə təxminən 44 dəqiqə davam edib.
QHT.az xəbər verir ki, alimlər 1027 km/s təxmini sürətdə II tip radio emissiyasını qeydə alıblar. II növ ejeksiyonların günəş püskürmələri ilə əlaqəli olduğu və adətən tac kütləsinin atılmasını ifadə etdiyi bildirilir.
IV tip radio emissiyası da qeydə alınmışdır ki, bu da güclü tac kütləsinin atılmasını və günəş radiasiya fırtınası olduğunu göstərir.
Yer kürəsinin hücum altında olacağı proqnozlaşdırılır ki, bu da Şimali və Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın bəzi hissələrində zirvəyə çatacaq. Lakin o qədər güclü olmasa da, Avropa da təsirlənəcək.
Pərvanə Fərhadqızı












