Ronaldo bildirib ki, millidə 200-cü matçında qazandığı qələbənin xüsusi zövqü var. "Qələbə qolu ilə bitirmək üçün - daha çoxunu gözləyə bilməzdim. Matçın ətrafında baş verən hər şeyi nəzərə alsaq, bu, əla və unudulmaz idi”.
QHT.az xəbər verir ki, Ronaldo iyunun 20-də Avro-2024-ün seçmə mərhələsinin dördüncü mərhələsində Portuqaliya-İslandiya matçında meydana daxil olub. 89-cu dəqiqədə o, topu qapıdan keçirərək komandasına qələbə qazandırıb. İslandiyalılarla oyundan əvvəl 38 yaşlı hücumçuya Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunub.
Avro-2024-ün seçmə mərhələsinin qrup mərhələsinə noyabrın 21-də yekun vurulacaq. Futbol üzrə Avropa çempionatının hazırkı qalibi İtaliya millisidir.
Pərvanə Fərhadqızı












