Hər il 20 İyun Ümumdünya Qaçqınlar Günü qeyd olunur. 19 iyun 2023-cü il tarixdə Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ənənəvi rəsmi tədbir təşkil edildi.
Bu barədə Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin nümayəndəsi, sosioloq Zəminə Səfərova QHT.az-a bildirib. Onun sözlərinə görə, tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycana akkreditə olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, beynəlxalq və yerli humanitar və inkişaf təşkilatlarının, BMT QAK-la əməkdaşlıq edən özəl şirkətlərin, həmçinin qaçqın və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Məlumat üçün bildirək ki, hər il iyun ayının 20-də Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə bütün dünyada qaçqınların və məcburi köçkünlərin vəziyyətinə diqqət ayırmağa çalışır. Bu gün 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnamə ilə müəyyən olunmur. 20 iyun şərəf və ləyaqətini ən çətin şəraitdə qorumaq üçün mübarizə aparan didərgin və yurd-yuvasından məhrum olmuş insanların həmrəyliyi günüdür.
Pərvanə Fərhadqızı












