Türkiyə istehsalı olan orta hündürlükdə və yüksək dayanıqlılığa malik Anka adlı pilotsuz uçuş aparatı digər ölkələrdə fəaliyyətə başlayacaq.
QHT.az xəbər verir ki, dronların konkret hansı ölkələrə göndəriləcəyi hələ açıqlanmayıb.
Yerli müştərilərə təhvil verilən Anka pilotsuz təyyarələrinin ümumi uçuş müddəti 200 min saata çatıb.
İlk Anka pilotsuz təyyarəsi ilk uçuşunu 2010-cu ildə etdi.
“Anka” gecə-gündüz bütün hava şəraitində kəşfiyyat, hədəfin əldə edilməsi və identifikasiyası, avtomatik uçuş və eniş daxil olmaqla, avtonom uçuş imkanları ilə kəşfiyyat missiyalarını yerinə yetirir.
Pərvanə Fərhadqızı












