Paytaxtda günorta saatlarından etibarən leysan yağışları yağıb.
QHT.az xəbər verir ki, Çankaya, Altındağ, Mamak və Keçiören rayonlarında yağan güclü yağış səbəbindən küçə və meydanlarda gölməçələr əmələ gəlib, nəqliyyatın hərəkəti dayandırılıb. Su basmış yollarda sürücülər hərəkət etməkdə çətinlik çəkib. Bələdiyyə işçiləri yığılan suyu boşaltmağa çalışıb. Yağan leysan səbəbindən Altındağ rayonu Sarıgül küçəsində iş yerləri su altında qalıb. Vətəndaşlar iş yerlərindəki suyu vedrələrlə çıxarıblar.
Mebel mağazasının anbarını su basan İbrahim Karakaya 100 min lirə xərcinin olduğunu ifadə edib.
Pərvanə Fərhadqızı












