Türkiyənin Şırnak vilayətində Uludərə rayonunda yüksək dağlıqda qarın əriməsi nəticəsində yaranan şəlalələr havadan görüntülənib.
QHT.az xəbər verir ki, Uludərə mahalında Kel Mehmet, Tanin, Mehrina və Hanke dağlarının hündürlüyü 1200-3200 metr arasında dəyişən zirvələri iyunun sonuna qədər qar yağır. Qarların əriməsi nəticəsində əmələ gələn dərə yataqlarında yerləşən və gözəl mənzərələr yaradan irili-xırdalı şəlalələr dronla havadan görüntülənib. Bu ilin bol yağışları və zəngin bitki örtüyü ilə yaşıllaşan, seleksiyaçıların tez-tez istifadə etdiyi Mehrina və Qırmızı dağlıq ərazilər də dronlarla qeydə alınıb.
Pərvanə Fərhadqızı












