Məşhur Teleqram messenceri çoxları üçün yaxşıdır, lakin eyni zamanda o, Crome brauzeri kimi giqabaytlarla operativ yaddaşı yeyir. Söhbət proqramı həm Android, həm də iPhone-da vaxtaşırı təmizlənməlidir.
QHT.az xəbər verir ki, messencer elə hazırlanıb ki, o, sizə göndərilən bütün media məzmununu - fotoşəkilləri, videoları, faylları və GIF-ləri hər dəfə söhbət açanda onları birbaşa telefonunuza yüklənir. Bunun müsbət və mənfi cəhətləri var. Messencerin bu xüsusiyyəti mobil trafikə qənaət edir, lakin smartfonun yaddaşında boş yerə mənfi təsir göstərir.
Telefonunuzdan proqramın özünə daxil olub, sonra sağ alt küncdəki çarx üzərinə klikləyin, “Parametrlər” → “Məlumat və yaddaş”a keçin və “Yaddaş istifadəsi”ni seçin. Sonra, sadəcə "Clear Cache" düyməsini sıxmalısınız.
Əgər siz Telegram-dan aktiv istifadə edirsinizsə, maksimum keş ölçüsünü 5 GB-a təyin edin. Hər gün avtomatik silməyi aktivləşdirin. Əks halda, Telegram keş yaddaşı bir neçə onlarla və hətta yüzlərlə GB-a çatacaq ki, bu da digər şeylərlə yanaşı, telefonun ümumi sürətinin azalmasına səbəb olacaq.
Proqramı silib, yenidən quraşdıra da bilərsiniz. Tam silinmə ilə bütün əvvəlki yükləmələr silinəcək.
Pərvanə Fərhadqızı












