Kaxovskaya su elektrik stansiyasının bir neçə gün ərzində dağıdılması yaxınlıqdakı yaşayış məntəqələrinə ciddi ziyan vurdu.
QHT.az xəbər verir ki, güclü su axınları yolundakı hər şeyi yuyub aparmağa başlayıb. İndi də ekspertlər düzəlməz nəticələrdən danışır və baş verənləri Çernobıl AES-də baş verən qəza ilə müqayisə edirlər. Bəzi yerlərdə gur su yaşayış məntəqələrini basdığı halda, bəzi yerlərdə Dneprdə dayazlaşma baş verib. Əsas təhlükələrdən biri yayıla bilən xəstəliklərin baş verməsi olacaq.
Qeyd edilib ki, ərazilərin bir hissəsini bərpa etmək, itirilmiş heyvanları geri qaytarmaq heç vaxt mümkün olmayacaq.
Pərvanə Fərhadqızı












