Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində Göyçay rayonunda maarifləndirici təlimi keçirilib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zivər Zeynalova açaraq bildirdi ki, təlim aktual bir problem olan müasir ailə modelinin təbliğinə həsr olunur.


Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxışında qeyd edib ki,  ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. 


Azərbaycan ailəsi hər şeydən əvvəl milli adət -ənənələrimizlə tərbiyə olunmalıdır. 
Sonra layihənin eksperti Nailə İsmayılova çıxış edərək layihənin uğurla icra olunması ilə bağlı təlim iştirakçılarına məlumat verdi. Təlimçi Mətanət Əsgərova müasir ailə modellərinin növləri və formaları haqqında, onları fərqləndirən xüsusiyyətlər haqqında məlumat verib. Təlimin gedişində iştirakçıların sualları cavablandırılıb, müasir ailə modeli ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Sonda çay süfrəsi arxasında müzakirələr davam edib.