Dövlət qurumları iş saatını dəyişsə, tıxaclar azalarmı?
QHT.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi tıxacların azalmasına səbəb olmayacaq. S.Məmmədov yol infrastrukturunun düzgün qurulmadığını deyib:
“Parklamada xaos yaşanır. Bu səbəblərdən tıxac yaranır. İlk növbədə parklama işi düzgün təşkil edilməlidir. Şəhərdə küçələr daraldılıb, səkilər ləğv olunub. Piyadalar bu səbəbdən maşın yolu ilə hərəkət edirlər. Səbəblər bunlardır.
Təhsil müəssisələri, idarəetmə ilə bağlı binalar şəhərin mərkəzində yerləşir. Bütün bunlar hamısı tıxaclara gətirib çıxaran amillərdəndir.”.
Sahib Məmmədov əlavə edib ki, ictimai nəqliyyatın təşkili məsələsində ciddi problemlər var.
Nəzrin Vahid / OXU.az












