Siyasi ekspert Zaur İbrahimli alternativ siyasi tarix və geosiyasi qərarların nəticələri haqqında düşünmək haqda fikirlərini paylaşıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Siyasi təhlildə ən maraqlı cəhətlərdən biri baş vermiş hadisələrin sonradan analiz edilməsidir. Bu zaman maraqlı ssenarilər qurmaq olur. Məsələn, İran müharibə başlayan kimi ABŞ ilə elə əvvəldən anlaşsaydı, nə baş verərdi? Hadisələr necə inkişaf edə bilərdi? Oman danışıqlarında nüvə məsələsində istənilən güzəştlərə gedib daha yaxşı imkanlar əldə etmək olardımı? Doğrudanmı Tehranda düşünürdülər ki, ABŞ-nin hələ hegemon olduğu bir dünyada ona nüvə silahı yaratmağa imkan veriləcək? Bu suallara fərqli cavablar veriləcək, müxtəlif ssenarilər irəli sürüləcək. Elə buna görə də keçmişi analiz etmək çox maraqlıdır".












