Forus-un yeni bülletenində təşkilatın BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu, AI for Good Summit və digər beynəlxalq platformalardakı fəaliyyəti təqdim olunur. Nəşrdə post-2030 inkişaf baxışı, yerli təşəbbüslərə əsaslanan inkişaf modeli və Cənub-Cənub, eləcə də Üçtərəfli Əməkdaşlığa dair yeni hesabat yer alır.
QHT.az xarici mediaya istinadən bildirir ki, bülletendə həmçinin rəqəmsal hüquqlar, texnologiya sahəsində yeni tendensiyalar, vətəndaş cəmiyyətinin fəaliyyətinə təsir göstərən məhdudiyyətlər, jurnalistika proqramları və beynəlxalq həmrəyliyin təşviqinə yönəlmiş təşəbbüslər barədə də məlumat verilir.
Piranə Xasiyeva












