"Sənaye parkları artıq təkcə güzəşt mexanizmi deyil, Azərbaycanın yeni sənayeləşmə modelinin əsas alətlərindən birinə çevrilib". 

Bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı - ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib.

O bildirib ki, qarşıdakı illərdə əsas hədəf yalnız müəssisələrin sayını artırmaq deyil, yüksək əlavə dəyər yaradan, ixracyönümlü və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi olmalıdır. Bu yanaşma ölkənin qeyri-neft ixracının artmasına, eyni zamanda dayanıqlı iqtisadi inkişafın güclənməsinə töhfə verəcək.

Həmçinin müsahib qeyd edib ki, sənaye parklarında tətbiq olunan vergi və gömrük güzəştləri, infrastrukturun dövlət hesabına yaradılması və maliyyə dəstəyi investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır. Bu da yeni istehsal müəssisələrinin yaradılmasını və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsini sürətləndirir.

Piranə Xasiyeva