Avropada bu yay müşahidə olunan rekord isti hava iqlim böhranının təsirlərini bir daha gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi ilə bağlı bəzi vacib mövzular hələ də mediada kifayət qədər diqqət çəkmir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Devex Impact House tədbirində çıxış edən iqlim mütəxəssisləri iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də ciddi ictimai sağlamlıq problemi olduğunu vurğulayıblar.
Ümumdünya Səhiyyə Təşkilatının iqlim və sağlamlıq üzrə məsləhətçisi doktor Rita İssa bildirib ki, iqlim böhranı ən çox uşaqlara, yaşlılara, hamilə qadınlara, açıq havada çalışanlara və əlilliyi olan şəxslərə təsir göstərir.
Mütəxəssislərin fikrincə, media daha çox rekord istilər və təbii fəlakətlərə diqqət ayırır, lakin iqlim dəyişikliyinin insan sağlamlığına və həssas əhali qruplarına təsiri kifayət qədər işıqlandırılmır.












