Almaniyanın 2027-ci il üçün sızdırılmış federal büdcə layihəsinə əsasən, ölkə inkişaf etməkdə olan dövlətlər üçün beynəlxalq iqlim maliyyəsinə maksimum 5,3 milyard avro ayırmağı planlaşdırır. Bu isə illik 6 milyard avroluq öhdəlikdən aşağıdır.
QHT.az xarici mediaya istinadən bildirir ki, 2027-ci ildə iqlim maliyyəsinin həcmi 4,7–5,3 milyard avro arasında olacaq. Büdcənin bazar ertəsi Almaniya hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.
Mütəxəssislər bildirirlər ki, bəzi büdcə maddələri məxfi saxlanıldığı üçün yekun məbləğ dəqiq məlum deyil. Eyni zamanda, 2026-cı ildə də Almaniyanın 6 milyard avroluq hədəfə çata bilməyəcəyi gözlənilir. Bu isə ölkənin iqlim maliyyəsi üzrə öhdəliklərində azalma tendensiyasının davam etdiyini göstərir.












