Müstəqil və bitərəf namizəd, 24 saylı Nizami birinci seçki dairəsi üzrə seçkiyə qatılan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli öz fəaliyyətinin qısa xülasəsini əks etdirən videoçarx paylaşaraq, iqtisadi inkişaf və vətəndaşların rifahını hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb.

QHT.az xəbər verir ki, Eyyub Kərimli, ölkənin sosial-iqtisadi inkişafına töhfə vermək üçün bilik və təcrübəsini yorulmadan səfərbər etməyə hazır olduğunu bildirib. Onun bu istiqamətdə yüz mindən çox müsahibə, məqalə və media çıxışlarının olduğu qeyd edilib.

Namizəd seçiciləri yeniliyə səs verməyə və həyatlarını dəyişməyə çağırıb: “YENİYƏ VƏ YENİLİYƏ SƏS VERİN, HƏYATINIZI DƏYİŞİN!”